Çatdırılma100+ Brend15 illik təcrübəinfo@mushk.az055 788 46 00

Ətir necə vurulur ki, daha qalıcı olsun

Qalıcılıq ətirin özündən başqa, onu necə istifadə etməyindən də asılıdır.

Təmiz və nəmli dəriyə vur

Quru dəri qoxunu daha tez itirir. Duşdan sonra qoxusuz krem çəkib ətiri ondan sonra vur.

Nəbz nöqtələrini seç

Bilək, boyun və qulaq arxası isti nöqtələrdir, qoxunu yaymağa kömək edir.

Biləkləri sürtmə

Sürtmə qoxunun açılışını poza bilər. Vur və öz-özünə qurumasına icazə ver.

Paltara ehtiyatla

Parça qoxunu uzun saxlayır, amma ləkə qoya bilər. Açıq rəngli parçada əvvəlcə kiçik sahədə yoxla.

Düzgün saxla

Şüşəni günəşdən, istidən və vanna otağının nəmindən uzaq saxla.