Ətir notları nədir: üst, ürək və baza notları
Ətirin qoxusu vurulduğu andan etibarən dəyişir. Bu dəyişikliyi izah etmək üçün notlar üç qrupa bölünür.
Üst notlar
İlk hiss etdiyin qoxulardır. Adətən sitrus, yüngül meyvə və ədviyyat olur, tez uçur.
Ürək notları
Üst notlar söndükdən sonra ön plana çıxır və ətrin xarakterini formalaşdırır. Burada çox vaxt çiçəklər və ədviyyatlar olur.
Baza notları
Dəridə ən uzun qalan hissədir. Vanil, müşk, paçuli, ənbər və odunsu notlar bu qrupa tez-tez daxil olur.
Bunu necə istifadə etmək olar?
Sevdiyin bir notu tap və həmin notlu ətirlərə bax. Məsələn, sayt kataloqunda hər ətrin notları göstərilib: notun üzərinə basanda onu ehtiva edən ətirlərin siyahısı açılır. Kataloqa keç.